• Bakı 14° C

    8.41 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

Paşinyan kilsənin yeni tərkibini formalaşdırır

DÜNYA

25 Noyabr 2025 | 12:21

Paşinyan kilsənin yeni tərkibini formalaşdırır

Ermənistanın baş naziri Nikol Paşinyan məhdud çevrədə söhbətində bildirib ki, artıq hakimiyyətin maraqlarına xidmət edən və fəaliyyət planı hazırlayan din xadimlərindən ibarət qrup formalaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Joxovurd" nəşri öz mənbələrinə istinadla yazıb.

"Mənbələrimizin məlumatına görə, ruhanilər arasında daxili müzakirələr zamanı bu din xadimləri katolikosun ətrafındakı insanlardan, kilsə əleyhinə kampaniyanın onların günahı ucbatından başladığından və gözlənilən təzyiqlərdən daima danışmalıdırlar", - deyə məqalədə qeyd olunub.

Bildirilib ki, bu qrupun fəaliyyəti erməni kilsəsində narazılığa səbəb ola və katolikos II Qareginə qarşı qiyama gətirib çıxara bilər. Nəticədə o, Eçmiədzindəki iqamətgahını tərk etməyə məcbur olacaq.

Qəzetin məlumatına görə, baş nazir Nikol Paşinyan şəxsi söhbətlərdə bildirib ki, hakimiyyət tezliklə kilsəyə təzyiqi artacaq və istədiyinə nail olacaq.

II Qaregin tərəfindən ruhani dərəcəsindən məhrum edilmiş Ter Aram (Stepan Asatryan) katolikosun əleyhinə gedən din xadimləri qrupuna başçılıq edəcək. Mənbələr iddia edirlər ki, Ter Aram istədiyi kimi hərəkət etməsi üçün hakimiyyətdən bütün zəmanətləri alıb. Təki Nikol Paşinyan katolikosu vəzifəsindən uzaqlaşdırıb, iqamətgahından qova bilsin, Stepan Asatryan kilsəyə qayıtsın və onun ruhanilik dərəcəsindən məhrum edilməsi qərarı ləğv olunsun.


SON XƏBƏRLƏR

24 Noyabr 2025