• Bakı 10° C

    11.84 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

The Guardian: Ukrayna Kiyev-Vaşinqton danışıqlarında Avropanın iştirakına can atır

DÜNYA

25 Noyabr 2025 | 12:21

The Guardian: Ukrayna Kiyev-Vaşinqton danışıqlarında Avropanın iştirakına can atır

Ukrayna ABŞ prezidenti Donald Trampın sülh təklifləri ilə bağlı Kiyev və Vaşinqton arasında danışıqlara avropalı müttəfiqlərini cəlb etməyə çalışır.

Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, Trampla görüşlərdə Kiyev  Avropanın iştirakını axtarır.

Böyük Britaniyanın baş naziri Keir Starmer artıq bəyan edib ki, Ukraynanı dəstəkləyən "istəklilər koalisiyası" noyabrın 25-nə planlaşdırılan videozəng zamanı münaqişəyə son qoymaq üçün sülh təkliflərini müzakirə edəcək.

Onların sözlərinə görə, Ukrayna ABŞ-nin sülh planını onun üçün qəbuledilməz olan tələbləri aradan qaldıraraq, ilkin 28-dən 19-a endirməyə nail olub.

Qeyd edək ki, noyabrın 23-də ABŞ və Ukrayna Cenevrədə Vaşinqtonun sülh planı ilə bağlı məsləhətləşmələr aparıblar. ABŞ dövlət katibi Marko Rubio görüşü münaqişənin "ən məhsuldarı" adlandırıb. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

10 Yanvar 2026