• Bakı 23° C

    10.48 m/s

  • USD - 1.7

    EUR - 1.9744

    RUB - 2.1116

Kanada Fransanı sualtı qayıq proqramından çıxardı

DÜNYA

27 Avqust 2025 | 18:14

Kanada Fransanı sualtı qayıq proqramından çıxardı

Fransanın nəhəng hərbi sənaye şirkəti olan “Naval Group” Kanada hökumətinin sualtı qayıqlar ilə bağlı proqramından çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, Kanada hökuməti ikinci seçim mərhələsində “Naval Group”u siyahıdan çıxararaq, Almaniyanın “TKMS” və Cənubi Koreyanın “Hanwha Ocean” şirkətlərini irəli çəkib. Bu, “Naval Group” üçün strateji məğlubiyyət sayılır.

Beləliklə, Kanada Fransa ilə sualtı qayıq alışı məsələsini dayandıraraq, 60 milyard Kanada dolları (təxminən 40 milyard avro) dəyərindəki "Kanada patrul sualtı qayıqları proqramı" üzrə Fransa ilə əlaqələrini sonlandırıb.

Şirkət 2024-cü ildə bu layihəyə qatılmaq ümidilə "Barracuda" modelinə və Fransanın hərbi dəstəyinə güvənib, Fransa isə layihə üçün siyasi və hərbi lobbiçilik edib. Bununla yanaşı, 1980-ci illərdə də Fransa Kanadaya sualtı nüvə qayıqları təklif etmişdi, amma bu da siyasi səbəblərdən həyata keçməmişdi.

Kanada Hökumət Dəyişikliyi və İctimai İşlər Nazirliyi qərarın ölkənin ehtiyacları və digər ölkələrin təcrübəsini nəzərə alaraq verildiyini açıqlayıb.


SON XƏBƏRLƏR