• Bakı 23° C

    10.48 m/s

  • USD - 1.7

    EUR - 1.9744

    RUB - 2.1116

KİV: Yaponiya və ABŞ sentyabrda təlim keçirəcək

DÜNYA

27 Avqust 2025 | 18:54

KİV: Yaponiya və ABŞ sentyabrda təlim keçirəcək

 Yaponiya Özünümüdafiə Qüvvələri və ABŞ Silahlı Qüvvələri 11-25 sentyabr tarixlərində genişmiqyaslı "Resolute Dragon" manevrləri zamanı Yaponiyanın Yamaquti prefekturasındakı ABŞ Dəniz Piyadaları Korpusunun İvakuni bazasında "Typhon" orta mənzilli raket komplekslərinin yerləşdirilməsi üzrə təlimlər keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi mənbələrə istinadən bildirib.

"Typhon" kompleksləri Yaponiya ərazisində ilk dəfə yerləşdiriləcək. Təlimlər başa çatdıqdan sonra onların İvakuni bazasından çıxarılması planlaşdırılır.


SON XƏBƏRLƏR