• Bakı 23° C

    10.48 m/s

  • USD - 1.7

    EUR - 1.9744

    RUB - 2.1116

Rusiyanı ittiham edən iranlı diplomata cinayət işi açıldı

DÜNYA

27 Avqust 2025 | 18:58

Rusiyanı ittiham edən iranlı diplomata cinayət işi açıldı

 Tehran Şəhər Prokurorluğu İranın Məsləhət Şurasının üzvü Məhəmməd Sədrə qarşı cinayət işi açıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Məlumata əsasən, sabiq diplomat internet üzərindən yayımlanan verilişlərin birində Rusiya ilə bağlı iddialar səsləndirib. O, Rusiya Federasiyasının İranın müdafiə mərkəzləri barədə məlumatları İsrailə ötürdüyünü iddia edib. Bu açıqlama hüquqi araşdırmaya səbəb olub.

Hazırda Tehran Şəhər Prokurorluğu tərəfindən Məhəmməd Sədrə qarşı hüquqi prosedurlar başlanılıb.


SON XƏBƏRLƏR