• Bakı 23° C

    10.48 m/s

  • USD - 1.7

    EUR - 1.9744

    RUB - 2.1116

Türkiyədə əməliyyat: 1,2 milyard lirəlik brilyant ələ keçirildi

DÜNYA

27 Avqust 2025 | 20:30

Türkiyədə əməliyyat: 1,2 milyard lirəlik brilyant ələ keçirildi

Türkiyənin İstanbul şəhərində qaçaqmalçılıq yolu ilə gətirilən brilyantlarla bağlı aparılan istintaq çərçivəsində məşhur Kapalıçarşıda 23 iş yerində əməliyyat keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, əməliyyat zamanı 40 şübhəli saxlanılıb.

Həmçinin, axtarışlar zamanı brilyant, müxtəlif qiymətli daşlar, 135 zinət əşyası, 1 132 qiymətli metal, odlu silahlar, 267 tarixi əsər və çox sayda rəqəmsal materiallar ələ keçirilərək müsadirə edilib.

Qiymətli daşların təxmini bazar dəyəri isə 1 milyard 250 milyon türk lirəsi (təxminən 52 milyon manat) məbləğindədir.


SON XƏBƏRLƏR