• Bakı 14° C

    14.03 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Tramp: Qəzzadakı müharibənin bitməsinə çox yaxınıq

DÜNYA

26 Sentyabr 2025 | 19:40

Tramp: Qəzzadakı müharibənin bitməsinə çox yaxınıq

ABŞ Prezidenti Donald Tramp tərəflərin Qəzza zolağında döyüş əməliyyatlarının dayandırılması ilə bağlı razılaşma əldə etməyə "çox yaxın" olduğunu bəyan edib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ lideri Nyu-Yorkda "Ryder Cup" qolf turnirinə yola düşməzdən əvvəl jurnalistlərə bildirib.

"Düşünürəm ki, Qəzza ilə bağlı razılaşmaya çox yaxınıq", - o deyib və əlavə edib ki, bu razılaşma HƏMAS-ın saxladığı israilli girovların qaytarılmasına kömək edəcək.

"Bu, müharibəyə son qoyacaq bir razılaşma olacaq. Bu, sülh olacaq", - D.Tramp vurğulayıb.


SON XƏBƏRLƏR