• Bakı 13° C

    2.58 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Magistraturaya maraq davam edir: bəzi ixtisaslarda yerlər dolur, bəzilərində boş qalır

CƏMİYYƏT

26 Sentyabr 2025 | 15:15

Magistraturaya maraq davam edir: bəzi ixtisaslarda yerlər dolur, bəzilərində boş qalır

Magistraturaya maraq davam edir.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında magistraturaya marağın azalmadığını bildirib.

O qeyd edib ki, bəzi ixtisaslarda müsabiqə yüksək, bəzilərində isə nisbətən aşağıdır. Bakalavriat səviyyəsində olduğu kimi, magistraturada da adambaşı maliyyələşdirmə həyata keçirilir və dövlət hər proqram üzrə dövlət hesabına oxuya biləcək tələbə sayını müəyyənləşdirir.

“Müsabiqədən sonra bəzi ixtisaslarda, məsələn, kənd təsərrüfatı sahəsində boş yerlər qalır, bəzilərində isə bütün yerlər dolur. Ödənişli təhsil alanların sayı kifayət qədərdir. Bu vəsait təhsilin inkişafına yönəldilir və məqsəd qənaət etmək deyil, insanların təhsil almasını təmin etməkdir”, – Abbaszadə vurğulayıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

12 Noyabr 2025