• Bakı 10° C

    9.16 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Türkiyədə məhkəmə qarşısında silahlı hücum: Ölən və yaralanan var

DÜNYA

26 Sentyabr 2025 | 11:59

Türkiyədə məhkəmə qarşısında silahlı hücum: Ölən və yaralanan var

Türkiyədə məhkəmə binasının qarşısında silahlı hücum baş verib.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir,

Məlumata görə, Yalovada olan hücum nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə yaralanıb.

Hadisəni törədən şəxs qaçmağa çalışsa da, polis tərəfindən yaxalanıb.

Yalova Respublika Prokurorluğu hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıb.

Həlak olan şəxsin kimliyi və hadisənin səbəbi ilə bağlı araşdırmalar davam edir.

Mina Mikayılova


SON XƏBƏRLƏR

02 Dekabr 2025