• Bakı 21° C

    3.32 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Luvr qarətini 100-dən çox müstəntiq araşdırır

DÜNYA

26 Oktyabr 2025 | 09:27 | Müəllif: Subhan Mahmudov

Luvr qarətini 100-dən çox müstəntiq araşdırır

100-dən çox müstəntiq Parisdəki Luvr soyğununu araşdırır və cinayətkarların qaçış yolunu öyrənirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Paris prokuroru Lora Beko məlumat verib.

Beko bildirib ki, müstəntiqlərin sayı 60-a yaxın idi, hazırda isə 100-dən çoxdur. Adi istintaqla müqayisədə resurslar on dəfə artıb:

“Hadisə yerindən 150-dən çox DNT nümunəsi, barmaq izləri və digər maraqlı materiallar toplanıb. Müstəntiqlər həmçinin cinayətkarların qaçış yolu boyunca şahidlərin çəkdiyi videoları və müşahidə kameralarının görüntülərini araşdırmağa davam edirlər ki, onların gizləndiyi ehtimal olunan yeri müəyyən etsinlər”.

Qeyd edək ki, oktyabrın 19-da Luvr muzeyi qarət olunmuş, imperator III Napoleona məxsus zinət kolleksiyasından 9 əşya oğurlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026