• Bakı 14° C

    9.45 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

ABŞ-də 11 milyon dollarlıq kriptovalyuta oğurlanıb

DÜNYA

25 Noyabr 2025 | 08:45

ABŞ-də 11 milyon dollarlıq kriptovalyuta oğurlanıb

ABŞ-nin San-Fransisko şəhərində qarətçi özünü kuryer kimi qələmə verərək 11 milyon dollar dəyərində kriptovalyuta oğurlayıb.

Bakıvaxtı.az-ın "San Francisco Chronicle"a istinadən məlumatına görə, cinayətkar çatdırma xidməti əməkdaşı kimi təqdim olunaraq yaşayış binasına daxil olub. O, sakinləri tapança ilə hədələyib və onlardan birini skoçla bağlayaraq zərərsizləşdirib.

Polis hadisə zamanı xəsarət alanın olub-olmaması və soyğunçunun saxlanılıb-saxlanılmaması barədə məlumat açıqlamayıb. Bildirilir ki, qarətçi zərərçəkənin telefonunu, noutbukunu və 11 milyon dollar dəyərində kriptovalyutanı ələ keçirib.


SON XƏBƏRLƏR

24 Noyabr 2025