• Bakı 12° C

    2.7 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

Saxlatdırmaq istədikləri taksi yox, təyyarədir - VİDEO

DÜNYA

25 Noyabr 2025 | 00:10

Saxlatdırmaq istədikləri taksi yox, təyyarədir - VİDEO

Almaniyada təyyarəyə gecikən iki rumıniyalı sərnişin təcili çıxışdan içəri daxil olduqdan sonra əl yelləyərək təyyarəni dayandırmağa cəhd ediblər.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Köln şəhərindən Rumıniyanın paytaxtı Buxarestə uçan təyyarənin havaya qalxmağa hazırlaşması zamanı baş verib.

Belə ki, yola düşmək üzrə olan təyyarə qapılar bağlandıqdan sonra uçuş-enmə zolağına çıxıb. Bu zaman reysi qaçıran iki rumıniyalı sərnişin hava limanında təcili yardım düyməsini basaraq təcili çıxışdan daxil olublar.

28 və 47 yaşlı iki nəfərin əl yelləyərək təyyarəni dayandırmağa cəhd etməsi və qəfil uçuş-enmə zolağında görünməsi təyyarənin qalxmasını gecikdirib. Onların “Bizi aparın!” deyə qışqıraraq özlərini pilota eşitdirməyə çalışdıqları bildirilir.

Polis hər iki şəxs barəsində Hava Təhlükəsizliyi Qanununu pozduqları üçün qanuni iş başlanıldığını və hadisənin araşdırıldığını açıqlayıb.


SON XƏBƏRLƏR

24 Noyabr 2025