Rumıniya hakimiyyəti 17 milyon koronavirus peyvəndini məhv edib.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadən xəbərinə görə, buna səbəb peyvəndlərin müddətinin başa çatması olub.
Qeyd olunur ki, pandemiya dövründən bəri ölkədə peyvəndlərə ictimai maraq çox aşağı səviyyədə olub və hazırda Rumıniyada COVID əleyhinə peyvənd əldə etmək mümkün deyil.
Səhiyyə Nazirliyi peyvənd istehsalçıları ilə danışıqlar apardığını, o cümlədən qeydiyyat şəhadətnaməsinin alınması və dərmanların apteklər vasitəsilə satışına dair növbəti addımların müəyyən edildiyini açıqlayıb.
Bakı 



