Fransanın “LeFigaro” qəzetində Amerikanın Rusiya-Ukrayna müharibəsinin həllinə dair təqdim etdiyi “sülh planı”nı tənqid hədəfinə gətirən məqalə dərc olunub. Bakıvaxtı.az xəbər verir ki, fransız jurnalist İzabel Laser qələmə aldığı təhlildə qeyd olunub ki, Amerika prezidenti Donald Tramp və Vladimir Putin əl-ələ verib Ukraynanı geri çəkilməyə məcbur edirlər: “İki prezidentin ortaq cəhətləri çoxdur. Ukrayna ilə bağlı son “sülh planı” sübut edir ki, Donald Tramp nəhayət öz tərəfini seçib.
Kiyevdə şoka səbəb olan və Avropanın böyük paytaxtlarında çoxlu yuxusuz gecələrə yol açan Amerikanın “sülh planı” əslində Ukraynanın təslim olmaq planıdır. Bu plan bir məsələni aydınlaşdırdı: Donald Tramp Vladimir Putini Vladimir Zelenskidən üstün tutur. Amerikanın bu həftə qüvvəyə minməli olan Rusiya neftinə qarşı sanksiyalarına, D.Trampın uzaq mənzilli Amerika raketlərinin Rusiyaya qarşı istifadəsinə “yaşıl işıq” yandırmasına rəğmən fakt faktlığında qalır: Amerika Ukraynanı qurban verir”.
Aydın Baxış
Bakı 



