Pakistan Əfqanıstanda hava hücumları həyata keçirib.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, iki qonşu arasında gərginliyin artması fonunda sərhəd bölgələrində doqquz uşaq da daxil olmaqla ən azı on nəfər həlak olub.
Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid “X”-də yazıb: "Dünən gecə, Xost vilayətində gecə yarısı Pakistan qüvvələri bir mülki vətəndaşın evini bombaladı. Doqquz uşaq (beş oğlan və dörd qız) və bir qadın öldü".
Bu, İslamabadla gərginlik fonunda və Əfqanıstanla həmsərhəd əyalətdə Pakistan təhlükəsizlik qüvvələrinin qərargahına qarşı törədilən kamikadze partlayışından sonra baş verib. Heç bir qrup dərhal məsuliyyəti üzərinə götürməyib. Pakistanın baş naziri Şehbaz Şərif terrorizmin kökünü kəsmək öhdəliyini təkrarlayaraq, onun günahkarları “tapılacaq və cəzalandırılacaq " dedi. Dövlət televiziyası “PTV”yə isə hücum edənlərin Əfqanıstan vətəndaşları olduğunu bildirdi .
Aydın Baxış
Bakı 



