• Bakı 14° C

    9.45 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

Astraliyada bu şəxslərin sosial şəbəkələrə girişi tam qadağan edilir

DÜNYA

25 Noyabr 2025 | 08:12

Astraliyada bu şəxslərin sosial şəbəkələrə girişi tam qadağan edilir

Avstraliya hökuməti sosial media platformalarına 10 dekabr tarixindən etibarən 16 yaşdan kiçik istifadəçilərin xidmətlərə girişini tamamilə bloklamaq üçün “məqbul tədbirlər” tətbiq etməyi əmr edib.

Bakıvaxtı.az bu barədə “BBC”yə istinadla xəbər verir.

Mlumata görə, mövcud uşaq hesabları silinməli və ya deaktiv edilməlidir. Avstraliya bu cür sərt qadağanı tətbiq edən ilk ölkədir və qərarı əhalinin böyük hissəsi, xüsusən də valideynlər dəstəkləyir.

Rəsmi qurumlar bildirir ki, sosial şəbəkələr uşaqlar üçün ciddi təhlükə yaradır: platformalar onları ekrana daha uzun müddət baxmağa sövq edir və bu, yeniyetmələrin sağlamlığına və emosional vəziyyətinə mənfi təsir göstərir.

Qeyd edək ki, gələn ildən Malayziya da uşaqların qorunması məqsədilə oxşar qayda tətbiq etməyi, yəni 16 yaşdan kiçiklərin sosial mediada qeydiyyatdan keçməsini qadağan etməyi planlaşdırır.


SON XƏBƏRLƏR

24 Noyabr 2025