• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ-yə məxsus "MQ-9 Reaper" qəzaya uğradı

DÜNYA

25 Noyabr 2025 | 00:00 | Müəllif: Subhan Mahmudov

ABŞ-yə məxsus "MQ-9 Reaper" qəzaya uğradı

Amerikaya məxsus "MQ-9 Reaper" tipli pilotsuz uçuş aparatı Koreya Respublikasının qərb sahillərində, Kunsan hava bazası yaxınlığında dənizə düşüb.

Bakıcaxtı.az xəbər verir ki, hadisə barədə məlumatı Yonhap agentliyi yayıb.

Bildirilib ki, insident yerli vaxtla saat 04:35 radələrində Maldori adası yaxınlığında planlaşdırılmış missiya zamanı baş verib.

ABŞ ordusu yerli sakinlər arasında itki və ziyanın olmadığını açıqlayıb. Hadisə ilə bağlı araşdırma aparılır, pilotsuz aparatın axtarış-xilasetmə əməliyyatı isə davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026