Rusiya prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RİF) rəhbəri Kirill Dmitriev diplomatik hədiyyə olaraq Nyu-Yorka Rusiya prezidenti Vladimir Putinin şəkli olan şokoladlar aparıb.
Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə "Telegram" kanalında məlumat verib.
Rəsmi qeyd edib ki, konfetlər Rusiya- ABŞ dialoqu üçün hədiyyə kimi nəzərdə tutulub.
Konfetlərin üzərində Putinin “Rusiya ilə güclü mövqedən dialoq aparmaq mənasızdır”, sözləri yer alıb.
Bakı 


