Ukraynanın Donetsk vilayətinin Konstantinovka şəhərində hərbi əməliyyatlar intensivləşib və döyüşlər artıq şəhərin cənub kənarlarına qədər yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynaya məxsus “Deep State” layihəsinin virtual xəritəsində məlumat qeyd olunub.
Məlumata əsasən, Rusiya qoşunları şəhərin cənubunda geniş sahə üzrə irəliləyiş əldə edib.
“Donetsk Xalq Respublikası”nın “rəhbər”i Denis Puşilin də Rusiya ordusunun Konstantinovka istiqamətində irəlilədiyini təsdiqləyib. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri şəhərin şərq və cənub-şərq hissələrində nəzarət zonasını genişləndirib. Hazırda döyüşlər İvanopolye istiqamətində və Kleban-Bık su anbarının şimal hissəsində davam edir.
Xatırladaq ki, bundan əvvəl Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Bessalovka və Konstantinovkadakı müvəqqəti dislokasiya məntəqələrinə FAB tipli aviasiya bombaları ilə zərbələr endirmişdi.
Bakı 



