• Bakı 12° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

Razinə cinayət işi açıldı

DÜNYA

24 Noyabr 2025 | 23:00

Razinə cinayət işi açıldı

Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin müstəntiqləri "Laskovı May" filminin prodüseri Andrey Razini qiyabi olaraq şair Sergey Kuznetsovun vəsaitləri ilə bağlı irimiqyaslı fırıldaqçılıqda ittiham ediblər. 

Bakıvaxtı.az xəbər verir ki, Razin beynəlxalq axtarışa verilib.

"Andrey Aleksandroviç Razinə qarşı Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (fırıldaqçılıq) ilə cinayət işi açılması barədə qiyabi qərar çıxarılıb. O, beynəlxalq axtarışa verilib", - deyə məlumatda bildirilir. 

Öz növbəsində Yuri Şatunovun ailəsinin vəkili Aysel Muxtarova-Kazarnovskayanın sözlərinə görə, Razinə qarşı cinayət işi 2021-ci ildə "şair Sergey Kuznetsovun mahnı ifa etdiyinə görə qonorar kimi nəzərdə tutulan vəsaitlərin mənimsənilməsi" maddəsi ilə açılıb. Kuznetsovun dul arvadı cinayət işində zərərçəkmiş tərəf kimi tanınıb.

Razin 10 ilə qədər həbs cəzası ilə üzləşə bilər.

Müstəntiqlərin fikrincə, prodüser Andrey Razin uzun müddətdir ki, "Laskoviy May" qrupunun musiqi əsərlərinin müəllif hüquqları sahibi kimi vəsait əldə etmək üçün şair Kuznetsovla bağlı saxta müqavilədən istifadə edib.


SON XƏBƏRLƏR

24 Noyabr 2025