• Bakı 11° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

Suriyada yerli sakinlərə hücuma görə 120 nəfəri saxlanılıb

DÜNYA

24 Noyabr 2025 | 21:42

Suriyada yerli sakinlərə hücuma görə 120 nəfəri saxlanılıb

Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələri Homs əyalətinin sakinlərinə qarşı son hücumlarda əli olmaqda şübhəli bilinən təxminən 120 nəfəri saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin Əl-Baba məlumat verib.

O, Qətərin "Əl-Cəzirə" telekanalına müsahibəsində deyib: "Homsda mülki şəxslərə qarşı hücumlarda iştirakda şübhəli bilinən 120-yə yaxın adam saxlanılıb".

Noyabrın 23-də Suriya Daxili İşlər Nazirliyi Homs şəhərində məzhəb nifrətini qızışdırmaq məqsədi ilə törədilən evli cütlüyün qətlindən sonra baş verən iğtişaşların qarşısını almaq üçün komendant saatı tətbiq edib. Hüquq-mühafizə orqanları ilkin araşdırma zamanı hadisənin dini deyil, cinayət motivləri ilə törədildiyini müəyyən ediblər.


SON XƏBƏRLƏR