İspaniya təmsilçisi "Barselona"nın qapıçısı Joan Qarsiya və hücumçu Rafinya zədələniblər.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, qolkiper məşq zamanı, forvard isə La Liqanın VI turunda, "Real Ovyedo" matçında zədə alıb.
Hər iki oyunçu 2 həftəyə yaxın müddətə sıradan çıxıb.
Onlar La Liqada "Real Sosyedad" və "Sevilya", Çempionlar Liqasında isə PSJ-yə qarşı oyunları buraxacaqlar.