• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İdmançımız Bolqarıstanda bürünc medal qazandı

İDMAN

26 Oktyabr 2025 | 15:41 | Müəllif: Subhan Mahmudov

İdmançımız Bolqarıstanda bürünc medal qazandı

Azərbaycan sablyaçısı Palina Kaspiaroviç Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Satellite" turnirində qadınların şəxsi yarışında bürünc medal qazanıb.

Bakıvaxtı.az Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qrup mərhələsini 4 qələbə ilə başa vuran Palina Kaspiaroviç uğurlu seriyanın davamını pley-offda da gətirib.

Yarımfinala kimi irəliləyən sablyaçı finalın bir addımlığında Rumıniya təmsilçisinə Andreea Lupuya 14:15 hesabı ilə uduzaraq turnirin bürünc medalını qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026