• Bakı 12° C

    2.7 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

Mübarizə aparacağımız komanda çox təcrübəlidir - Qurban Qurbanov

İDMAN

24 Noyabr 2025 | 23:09

Mübarizə aparacağımız komanda çox təcrübəlidir - Qurban Qurbanov

İtaliyanın "Napoli" klubu "Qarabağ"la oyuna ciddi hazırlaşır.

Bakıvaxtı.az  xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Napoli"yə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

Mütəxəssis böyük tarixə malik komandaya qarşı mübarizə aparacaqlarını söyləyib:

"Rəqib komandanın çalışdırıcısı Antonio Konte çox böyük məşqçidir. Mübarizə aparacağımız komanda çox təcrübəlidir. Bu matç bizim üçün çox vacibdir. "Napoli" Çempionlar Liqasının turnir cədvəlində öz mövqeyini yaxşılaşdırmağa çalışacaq. Bizimlə oyuna çox ciddi hazırlaşır. Rəqib komandanın baş məşqçisi hər oyuna diqqətli yanaşır. Onu çox yaxşı tanıyıram və salamlarımı çatdırmaq istəyirəm. Matça pis hazırlaşmamışıq. İstəyirik ki, sona qədər layiqli mübarizə aparaq".

Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-də "Stadio Diego Armando Maradona" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


SON XƏBƏRLƏR

24 Noyabr 2025