• Bakı 14° C

    9.45 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

Çempionlar Liqası: “Qarabağ” “Napoli” ilə qarşılaşacaq

İDMAN

25 Noyabr 2025 | 09:02

Çempionlar Liqası: “Qarabağ” “Napoli” ilə qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Qarabağ” növbəti oyununa çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan təmsilçisi İtaliyanın “Napoli” klubu ilə qarşılaşacaq.

Görüş “Stadio Diego Armando Maradona” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu dekabrın 10-da öz meydanında “Ayaks” klubuna qarşı keçirəcək.

Xatırladaq ki, Azərbaycan çempionu UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi 4 görüşdən sonra yeddi xalla 15-ci pillədə qərarlaşıb.


SON XƏBƏRLƏR

24 Noyabr 2025