Azərbaycan Premyer Liqasında IX turun növbəti matçında “Araz-Naxçıvan” və “Sabah” komandaları üz-üzə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, “Bank Respublika Arena”da təşkil olunan görüşdə qalib müəyyənləşməyib - 2:2.
Muxtar Respublika təmsilçisinin qollarını 58-ci dəqiqədə İssuf Paro, 90+9-da isə Ba-Muaka Simakala vurub.
Masazır komandasından Stiv Solvet (54) və Coy-Lens Mikels (73 - pen.) fərqləniblər.
“Araz-Naxçıvan” 16 xalla üçüncüdür. 1 xal az toplayan “Sabah” dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq.
Bakı 


