• Bakı 14° C

    6.57 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Qadın şahmatçılarımızdan tarixi uğur - Dünya ikinciliyi 

İDMAN

23 Noyabr 2025 | 23:05

Qadın şahmatçılarımızdan tarixi uğur - Dünya ikinciliyi 

İspaniyada keçirilən qadın şahmatçılardan ibarət komandalar arasında dünya çempionatına yekun vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, mötəbər yarışın finalında Azərbaycan və FIDE komandaları qarşılaşıb. Hər iki görüşdə FIDE komandası üstün olub (3:1;2,5:1,5).

Beləliklə Azərbaycan komandası tarixində ilk dəfə dünya çempionatında ikinci yeri tutub.

Birinci lövhədə çıxış edən Avropa çempionu Ülviyyə Fətəliyeva 10 partiyada 6 xal toplamaqla bütün şahmatçıları qabaqlayaraq qızıl medala layiq görülüb.

Qeyd edək ki, Azərbaycan komandasında Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva iştirak edib. Kapitan İlahə Qədimova, məşqçilər Nicat Abasov və Qədir Hüseynov olub.


SON XƏBƏRLƏR

23 Noyabr 2025
22 Noyabr 2025