Futbol üzrə olimpiya çempionu Nikita Simonyan vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Match TV”yə Rusiya Futbol Mütəxəssisləri İttifaqının prezidenti Aleksandr Mirzoyan məlumat verib.
Qeyd edək ki, Simonyan futbolçu kimi “Spartak”la dörd dəfə SSRİ çempionu və 1956-cı ildə olimpiya qalibi olub.
O, 1992-ci ildən Rusiya Futbol İttifaqının vitse-prezidenti vəzifəsini icra edirdi.
Əli Hüseynov
Bakı 



