• Bakı 14° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

“İstefa verməmişəm” - Samir Abasov

İDMAN

24 Noyabr 2025 | 16:04

“İstefa verməmişəm” - Samir Abasov

“İstefa verməmişəm, hazırda “Neftçi”nin baş məşqçisiyəm”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında “Neftçi”nin baş məşqçisi postundan ayrıldığı barədə xəbərlər yayılan Samir Abasov deyib. 

Çalışdırıcı Bakı klubundan istefa vermədiyini bildirib: “Rəhbərlik də məni istefaya göndərməyib. Hər halda belə bir şey olsa, klub rəsmi açıqlama verər. Hazırda komandamın başındayam”. 

S.Abasov komandasının “İmişli”yə 2:3 hesablı məğlubiyyətdən sonra rəhbərliklə görüşmədiyini də sözlərinə əlavə edib: “Heç bir görüşümüz olmayıb. Ümumiyyətlə, komanda barədə danışmamışıq”. 


SON XƏBƏRLƏR