• Bakı 18° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Rusiyalı şahmatçıya qarşı petisiya başladılıb

İDMAN

25 Oktyabr 2025 | 17:43

Rusiyalı şahmatçıya qarşı petisiya başladılıb

Rusiyalı qrosmeyster, şahmat üzrə 14-cü dünya çempionu Vladimir Kramnikin mərhum amerikalı şahmatçı Daniel Naroditski barəsində bəyanatlarından sonra ona qarşı başladılan petisiyanı 15 mindən çox adam imzalayıb. 

Bakıvaxtı.az xəbər verir ki, onlar Kramnikin diskvalifikasiya edilməsini və bütün titullarından məhrum olunmasını tələb edirlər.

Petisiya change.org platformasında yerləşdirilib.

Bildirilir ki, Kramnikin davranışı Beynəlxalq Şahmat Federasiyasının (FIDE) etik normalarını pozur. Sənədi imzalayanlar beynəlxalq təşkilatdan qəti tədbirlər görülməsini tələb edirlər.

Naroditskinin onlayn-yayımlarını izləyən Kramnik oktyabrın 19-da həyəcan təbili çalaraq bildirib ki, amerikalı şahmatçı, ola bilsin ki, yuxu dərmanından daha güclü vasitədən istifadə edib. O, Naroditskinin ətrafındakı insanlara müraciət edərək, onları bu şahmatçıya yardım etməyə çağırıb.

Naroditskinin ölümü haqqında xəbərlər yayılanda bəzi internet istifadəçiləri Kramniki ona psixoloji təzyiq göztərməkdə ittiham ediblər. Onların fikrincə, şahmatçının faciəli ölümünə məhz bu təzyiq səbəb ola bilərdi.

Kramnikin özü məhkəməyə gedəcəyini bəyan edib.

Qeyd edək ki, Naroditskinin ölüm xəbəri oktyabrın 20-də yayılıb. Şahmatçı noyabrın 9-da 30 yaşını qeyd edəcəkdi.

Naroditski FIDE dünya reytinqində 151-ci, ABŞ şahmatçıları arasında isə 17-ci yeri tuturdu. O, həmçinin 12 yaşadək idmançılar arasında dünya çempionu olub, ABŞ çempionatlarında iştirak edib, şahmat haqqında kitablar yazıb. 2025-ci ilin sentyabrında keçirdiyi "Charlotte Open" adlı son turnirində mümkün 8 xaldan 5.5 xal toplayaraq 3-4-cü yerləri bölüşüb.


SON XƏBƏRLƏR