• Bakı 18° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Yeni “iPhone” dizaynları təqdim ediləcək

DÜNYA

25 Oktyabr 2025 | 13:55 | Müəllif: Gülşən Şərif

Yeni “iPhone” dizaynları təqdim ediləcək

“Apple” 2026, 2027 və 2028-ci illərdə tamamilə yeni “iPhone” dizaynı təqdim etməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, “iPhone 17” seriyası hələ yeni təqdim olunsa da, Koreyadan yayılan məlumatlar şirkətin gələcək planlarını üzə çıxarıb.

İddialara əsasən, 2026-cı ildə “Apple”ın ilk qatlana bilən “iPhone” modeli təqdim olunacaq. Bu cihazın “Samsung Galaxy Z Fold” modelinə bənzər şəkildə üfüqi qatlanan quruluşa malik olacağı gözlənilir.

Növbəti böyük yenilik 2027-ci ildə “iPhone”un 20 illik yubileyi münasibətilə təqdim ediləcək. Bu modelin tamamilə ekrandan ibarət, kənarlarında heç bir çərçivəsi olmayan dizayna sahib olacağı bildirilir.

“Apple” 2028-ci ildə isə ikinci qatlana bilən “iPhone” modelini satışa çıxaracaq. Bu cihazın “Samsung Galaxy Z Flip” modelinə bənzər şəkildə şaquli qatlanan, daha kompakt və yüngül dizayna sahib olacağı qeyd edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026