• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

İsveçdə əcnəbi tələbələri daşıyan avtobus qəzaya uğradı

DÜNYA

24 Noyabr 2025 | 13:20

İsveçdə əcnəbi tələbələri daşıyan avtobus qəzaya uğradı

İsveçin Vasterbotten bölgəsində əcnəbi tələbələri daşıyan avtobus qəzaya düşüb.

Bakıvaxtı.az "TV4 Nyheterna"ya istinadən xəbər verir ki, hadisə Staruman və Vilhelmina arasındakı E45 magistral yolunda baş verib. 

Telekanalın məlumatına görə, avtobus Norveçdən İsveçin Arvidsjaur şəhərinə doğru hərəkət edərkən sürüşərək xəndəyə düşərək aşıb. 

Yaralıları təxliyə etmək üçün təcili yardım helikopteri cəlb edilib. 

Regional səhiyyə idarəsinin məlumatına görə, qəza nəticəsində xəsarət alanların əksəriyyəti artıq xəstəxanadan buraxılıb, 8 nəfərin müalicəsi davam etdirilir, bəzilərinin xəsarətləri ağırdır.

Qəzanın səbəbləri araşdırılır. 

Gülşən Şərif


SON XƏBƏRLƏR