• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

NATO-nun hərbi təlimləri başladı 

DÜNYA

24 Noyabr 2025 | 12:24

NATO-nun hərbi təlimləri başladı 

Baltik dənizində, Finlandiya və Estoniyanın ərazi sularında NATO-nun “Freezing Winds 25” hərbi-dəniz təlimləri start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

Dekabrın 4-dək davam edəcək təlimlərdə Belçika, Danimarka, Almaniya, Latviya, Litva, Niderland, Polşa, ABŞ, Fransa və Estoniyaya məxsus ümumilikdə 20 hərbi və dəstək gəmisi, eləcə də NATO-nun minaəleyhinə SNMCMG1 qrupu iştirak edir. Təlimlərə ümumilikdə 5 minə yaxın hərbçi cəlb olunub.

Nazirliyin açıqlamasına görə, manevrlərin əsas məqsədi dəniz kommunikasiya xətlərinin və kritik infrastrukturun təhlükəsizliyinin təmin edilməsidir.


SON XƏBƏRLƏR

23 Noyabr 2025