• Bakı 13° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

Ali Rada: Ukrayna ərazisini verməyəcək və ordusunu ixtisar etməyəcək

DÜNYA

24 Noyabr 2025 | 13:50

Ali Rada: Ukrayna ərazisini verməyəcək və ordusunu ixtisar etməyəcək

"Ukrayna heç bir ərazisini verməməli, ordusunu ixtisar etməməli, hər hansı ittifaqlara qoşulmaq, yaxud qoşulmamaq barədə özü qərar qəbul etməlidir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ali Radanın spikeri Ruslan Stefançuk bildirib. 

"İcazə verin, əsas prinsiplərimizi və prioritetlərimizi, heç kimin keçmək hüququ olmayan Ukraynanın qırmızı xətlərini vurğulayım: Rusiyanın işğal etdiyi Ukrayna ərazilərinin de-fakto da olsa, tanınmaması, onun müdafiə qüvvələrinə heç bir məhdudiyyət qoyulmaması, Ukraynanın gələcək ittifaqları seçmək hüququna veto qoyulmaması. Bunlar bizim hüququmuzdur", - o, Stokholmda Avropa parlamentariləri qarşısında çıxış edərkən deyib. 


SON XƏBƏRLƏR