• Bakı C

    7.4 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Qazaxıstanda terrorizmin təbliğində şübhəli bilinən altı nəfər həbs edilib

DÜNYA

24 Noyabr 2025 | 12:09

Qazaxıstanda terrorizmin təbliğində şübhəli bilinən altı nəfər həbs edilib

Qazaxıstanda terrorizm təbliğində şübhəli bilinən altı nəfər həbs edilib.

Bakıvaxtı.az Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinə istinadən xəbər verir ki, həbslər Almatı, Aktobe, Konayev və Şımkentdə həyata keçirilib.

Komitənin məlumatına görə, saxlanılanlar destruktiv dini cərəyanların tərəfdarlarıdır. İstintaq hesab edir ki, onlar dini motivlərlə hücum və qətllərə çağırışlar edən materiallar yayır, həmçinin dünyəvi dövlət quruluşuna qarşı çıxıblar.

Axtarışlar zamanı onlardan odlu və soyuq silahlar, həmçinin dini ədəbiyyat müsadirə edilib: "Bütün şübhəlilər həbs olunub".


SON XƏBƏRLƏR

17 Yanvar 2026