• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Türkiyə əhalisinin sayı 86 milyona çatır

DÜNYA

24 Noyabr 2025 | 12:41

Türkiyə əhalisinin sayı 86 milyona çatır

Cari ilin oktyabr ayına olan göstəriciyə görə, Türkiyə Respublikasında əhalinin rəsmi sayı 85 milyon 980 min 654 nəfər olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Dövlət Statistika Qurumu məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin sonunda əhali sayı 85 milyon 664 min 944 nəfər idisə, cari ilin ilk 9 ayı ərzində 315 min 710 nəfər artım qeydə alınıb.

Həmçinin vurğulanıb ki, əhalinin 50,02 faizini (43 milyon 3770 nəfər ) kişilər, 49,98 faizini (42 milyon 976 min 884 nəfər ) isə qadınlar təşkil edir.


SON XƏBƏRLƏR

23 Noyabr 2025