Türkiyə Böyük Millət Məclisinin Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının üç partiyadan ibarət İmralı heyəti PKK-nın terror təşkilatının lideri Abdullah Öcalanla görüşmək üçün adaya yola düşüb.
Bu barədə Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, heyət ilə Abdullah Öcalan arasında keçiriləcək görüşün texniki detalları bir gün əvvəl açıqlanıb.
Belə ki, həlledici görüşü keçirəcək heyətə Ədalət və İnkişaf Partiyasından Hüseyn Yayman, Milliyyətçi Hərəkat Partiyasından (MHP) Feti Yıldız və Xalqların Bərabərlik və Demokratiya Partiyasından (DEM) Gülistan Koçyiğit daxildirlər.
Görüşün bütün logistik və texniki detalları Milli Kəşfiyyat Təşkilatı tərəfindən planlaşdırılıb. Oturacaqların təşkilindən təhlükəsizlik protokoluna qədər hər mərhələ Milli Kəşfiyyat Təşkilatının (MKT) nəzarəti altında təşkil edilib. Nümayəndə heyətinin İmralı adasına helikopterlə gedişi təmin edilib.
Digər tərəfdən, Milli Məclisin komissiyasının bu günə qədər keçirdiyi bütün görüşlər rəsmi olaraq qeydə alınıb. Qapalı iclaslar istisna olmaqla, bütün protokollar şəffaflıq prinsipinə uyğun olaraq dərc edilib. Bildirilir ki, Öcalanla bu vacib görüşün protokolları isə Milli Məclis stenoqrafçıları deyil, Milli Kəşfiyyat Təşkilatı rəsmiləri tərəfindən qeydə alınacaq.
Məlumatlara görə, tarixi hesab edilən bu görüşün audio və videoyazıları qeydə alınacaq, lakin ictimaiyyətlə paylaşılmayacaq. Ədalət və İnkişaf Partiyasından bildiriblər ki, İmralı ziyarətinin ictimaiyyətdə yaratdığı həssaslıq nəzərə alınmaqla görüşdən fotoşəkillər dərc edilməyəcək.
Bakı 



