• Bakı 13° C

    1.31 m/s

Həbsxanada baba oldu

CƏMİYYƏT

25 Oktyabr 2025 | 01:00 | Müəllif: Subhan Mahmudov

Həbsxanada baba oldu

Fransanın sabiq Prezidenti Nikola Sarkozi həbsdə olduğu günlərdə baba olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

Məlumata görə, 69 yaşlı siyasətçinin oğlu Lui Sarkozi və onun həyat yoldaşı Natalinin oğulları dünyaya gəlib. Körpəyə babasının şərəfinə Silla Nikola adı verilib.

Bununla bağlı Lui Sarkozi sosial şəbəkə paylaşımında yazıb:

“Dünən valideyn olduq. Oğlumuz Silla Nikola Sarkozini sizə təqdim etməkdən xoşbəxtik. Qoy o, güclü və müdrik böyüsün”.

Xatırladaq ki, Nikola Sarkozi hazırda korrupsiya və qanunsuz seçki kampaniyası maliyyələşdirməsi ittihamı ilə beş il müddətinə azadlıqdan məhrumetmə cəzası çəkir. O, həbsə düşməzdən əvvəl ailəsinin onun üçün “əsas dayaq” olduğunu bildirmişdi. Onu da əlavə edək ki, Sarkozinin böyük oğlu Janın da iki övladı var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR