• Bakı 18° C

    2.46 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Fəzail Ağamalının oğlu yeni sədr seçildiyini iddia edir - YENİLƏNİB

SİYASƏT

25 Oktyabr 2025 | 17:19

Fəzail Ağamalının oğlu yeni sədr seçildiyini iddia edir - YENİLƏNİB

Elçin Ağamalı Ana Vətən Partiyasının (AVP) sədri seçilməsi barədə dezinformasiya yayır.

Bakıvaxtı.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Günay Ağamalı bildirib.

Günay Ağamalı deyib ki, partiyanın sədri Fəzail Ağamalı qarşı tərəfdən qaynaqlanan, əvvəlcədən hazırlanmış və qurultayın gedişinə mane olan qeyri - etik, qalmaqal, təhdid xarakterli davranışlar səbəbindən növbədənkənar qurultayı qeyri-müəyyən müddətə təxirə salıb: “Qarşı tərəf sosial media üzərindən özünü partiyanın sədri seçilməsi haqqında dezinformasiya yayır. Bütün bunlar əsassızdır. Qurultayın aparılması üçün sədr seçilən Fəzail Ağamalı və Nuranə Axundova fasilə elan edildikdən sonra zalı tərk etdilər. Fəzail Ağamalı qurultayın açılışı ilə bağlı etdiyi çıxışda partiya sədrliyindən istefa vermək istəyini bildirsə də, bu məsələ rəsmi olaraq həllini tapmadı. Qeyd edilən faktlar qurultayın gedişatına mane olmaqla yanaşı, o cümlədən qurultay iştirakçılarına hörmətsizlik, prosesin pozulması və sədrliyə namizədliyi irəli sürülən digər üç nəfərin hüquqlarının və qanunun kobud şəkildə pozulmasıdır. Partiyamız təməl prinsipləri və ənənəvi xarakter daşıyan siyasi xətt üzrə bundan sonra da öz fəaliyyətini ən yüksək səviyyədə davam etdirəcək”.

***

15:11

Bu gün Ana Vətən Partiyasının bu gün keçirilən növbədənkənar qurultayında qalmaqal yaşanıb.

Bakıvaxtı.az xəbər verir ki, AVP-nin hazırkı sədri Fəzail Ağamalının qızı Günay Ağamalı və oğlu Elçin Ağamalı partiya sədri postuna iddialı olub.

Günay Ağamalı və Elçin Ağamalı arasında qalmaqal yaşanıb.

Fəzail Ağamalı APA-ya açıqlamasında deyib ki, Elçin Ağamalı qurultayın işini pozmaq istəyib və yaranmış vəziyyətdə qurultay nümayəndələri Fəzail Ağamalının növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəkləyiblər.

Qeyd edək ki, Elçin Ağamalı mediaya açıqlamasında bildirib ki, hazırda qurultayda iştirak edən 100 nəfər nümayəndə onu dəstəkləyir, ədalətli nəticə əldə etmək üçün əllərindən gələni edəcək.


SON XƏBƏRLƏR

24 Oktyabr 2025