• Bakı 14° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

Azərbaycan və Slovakiya parlamentləri əlaqələrin inkişafını müzakirə edib

SİYASƏT

24 Noyabr 2025 | 15:07

Azərbaycan və Slovakiya parlamentləri əlaqələrin inkişafını müzakirə edib

Azərbaycan və Slovakiyanın qanunvericilik orqanları arasında əlaqələrin inkişafı, daha da genişləndirilməsi müzakirə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova və Slovakiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımovun görüşündə söhbət aparılıb.

Görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq, xüsusilə Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana səfəri çərçivəsində imzalanmış "Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə"nin əlaqələri keyfiyyətcə yeni mərhələyə qaldırdığı qeyd edilib.

Söhbət zamanı ölkələr arasında qarşılıqlı səfərlərin intensivliyi müsbət qiymətləndirilərək, bu təmasların münasibətlərə töhfə verdiyi vurğulanıb.

Səfir Slovakiya Milli Şurasının sədri Riçard Rasinin salamlarını Azərbaycan parlamentinin sədrinə çatdırıb. Diplomat həmçinin, 8 noyabr – Zəfər günü münasibətilə təbriklərini ifadə edib.

Görüşdə qanunvericilik orqanları arasında da əlaqələrin inkişafı qeyd olunaraq, bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Bu mənada, parlament sədrlərinin, o cümlədən deputatların qarşılıqlı səfərlərinin qanunvericilik orqanları arasında əlaqələrin daha da genişlənməsinə müsbət təsirləri vurğulanıb.

Söhbət zamanı, həmçinin parlamentlər arasında bütün istiqamətlərdə, o cümlədən parlament komitələri arasında əməkdaşlığın yaradılması imkanları nəzərdən keçirilib.


SON XƏBƏRLƏR