"Qadın sürücülər ilkin mərhələdə 140 və 121E ekspres marşrut xətləri üzrə fəaliyyət göstərəcəklər".
Bakıvaxtı.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva jurnalistlərə açıqlamasında deyib.
"İşə qəbul prosesində namizədlər tibbi müayinədən, psixoloji qiymətləndirilmədən və təhlükəsizlik üzrə uyğunluq yoxlamasından keçirilib və rəsmi şəkildə "BakuBus" MMC-də işə qəbul olunublar. Sürücülərimiz keçdikləri təlimlər nəticəsində bu məsuliyyətli peşəyə yiyələnməyə tam hazırdırlar. Xanımlarımız bütün sahələrdə olduğu kimi ictimai nəqliyyatda sürücü kimi də məsuliyyət və peşəkarlıq nümayiş etdirəcəklər", - deyə Ə.Əliyeva bildirib.
Bakı 



