• Bakı 14° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

“Birbank” maaş və pensiya kartlarından komissiya tutmacaq

CƏMİYYƏT

24 Noyabr 2025 | 15:32

“Birbank” maaş və pensiya kartlarından komissiya tutmacaq

Yeni qayda əmək haqqı və təqaüd (pensiya) kartlarına şamil edilmir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Birbank” məlumat yayıb.

“Əmək haqqı və pensiya kartlarından Birbank/Kapital Bank bankomatlarından nağdlaşdırma etdikdə əvvəlki kimi heç bir komissiya tutulmur. 27.11.2025 tarixindən etibarən edilən dəyişiklik yalnız seçilmiş müştərilərin Birbank debet kartlarına, kredit kartlarındakı şəxsi vəsaitlərə və Bakcell Ko-brend kartına aiddir”, - məlumat da qeyd olunub.

Qeyd edək ki, bundan öncə “Birbank” istifadəçilərinə 27 noyabr tarixindən etibarən “Kapital Bank” ATM-lərindən nağdlaşdırma və digər bank kartlarına köçürmə əməliyyatlarında 1% komissiya tətbiq olunacağı barədə mesaj göndərilib.


SON XƏBƏRLƏR