• Bakı 14° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

Aİ liderləri Ukrayna sülh planını müzakirə edir

DÜNYA

24 Noyabr 2025 | 15:59

Aİ liderləri Ukrayna sülh planını müzakirə edir

Anqolanın paytaxtı Luandada Avropa İttifaqı dövlətləri liderlərinin iştirakı ilə Ukraynada sülh planı ilə bağlı qeyri-rəsmi sammit keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Evropeyskaya pravda” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, sammiti Avropa Şurasının prezidenti Antonio Koşta çağırıb.

Aİ-nin on lideri tədbirdə iştirak edir, digər liderlər isə video əlaqə vasitəsilə tədbirə qatılıblar.

"Qeyri-rəsmi sammit davam edir. Toplantıya Avropa Şurasının prezidenti rəhbərlik edir. Avropa Komissiyasının prezidenti Ursula von der Leyen, eləcə də Polşa, İspaniya, Çexiya, Portuqaliya, Almaniya, Xorvatiya, Slovakiya, Niderland, İtaliya və İrlandiya liderləri iştirak edirlər", – mənbə bildirib.

Eyni zamanda, Avstriya, Belçika, Bolqarıstan, Kipr, Danimarka, Estoniya, Yunanıstan, Finlandiya, Fransa, Macarıstan, Latviya, Litva, Lüksemburq, Malta, Rumıniya, Sloveniya və İsveç liderləri də onlayn toplantıya qatılıbrlar.

Gündəlikdəki əsas məsələ – Ukraynadakı sülh planı üzrə Aİ-nın mövqeyi, 23 noyabrda Cenevrədəki danışıqların nəticələri və Avropa İttifaqının gələcək birgə fəaliyyət planlarının müzakirəsidir.


SON XƏBƏRLƏR