ABŞ Prezident Donald Tramp tərəfindən təqdim edilmiş sülh planının imzalanması üçün Ukraynaya verilən möhlətin müddətini uzadıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Economist" yazıb.
Bildirilir ki, 27 noyabr tarixi artıq son möhlət hesab edilmir. Bundan əlavə, Ukraynaya hərbi yardımın, o cümlədən ABŞ kəşfiyyatının imkanlarından istifadənin dayandırılması ilə bağlı məsələlər gündəmdən çıxarılıb.
Keçən həftə Donald Tramp sülh planını qəbul etməsi üçün Ukrayna Prezidenti Volodimir Zelenskiyə son möhlət vermişdi. Lakin dövlət katibi Marko Rubio bildirmişdi ki, bu, son qərar olmaya bilər.
Xatırladaq ki, noyabrın 23-də Cenevrədə ABŞ, Ukrayna və Avropa nümayəndələrinin iştirakı ilə aparılmış danışıqlarda sülh planı müzakirə olunub.
Bakı 



