• Bakı 14° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

Faciənin izi ilə: Binalarımız nə qədər təhlükəsizdir?

CƏMİYYƏT

24 Noyabr 2025 | 16:28

Faciənin izi ilə: Binalarımız nə qədər təhlükəsizdir?

Xəbər verdiyimiz kimi, noyabrın 21-də Bakı şəhərinin Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın bir neçə nəfərin həyatına son qoyub, çoxlu sayda sakin isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.Ümumilikdə 20 nəfər hospitalizasiya olunub, 3 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

Hadisə fonunda çoxmənzilli binalarda təhlükəsizlik məsələləri yenidən gündəmə gəlir.

Bakıvaxtı.az-a mövzu ilə bağlı açıqlama verən təhlükəsizlik məslələri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, çoxmənzilli yaşayış binalarında təhlükəsizlik məsələsi hər zaman ön planda olmalıdır. Onun sözlərinə görə, bu, həm binanı idarə edən şəxslərin, həm də orada yaşayan sakinlərin məsuliyyətli davranışından asılıdır:

“Eyni zamanda binanın zirzəmisində, birinci və ikinci mərtəbələrində fəaliyyət göstərən qeyri-yaşayış obyektləri də istismar zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər”.

E.Nurəliyev deyib ki, hər hansı bir təmir və ya digər işlərin görülməsi zamanı da normativ tələblərə əməl olunmalıdır.

Elmar Nurəliyev: Binanın konstruksiyasına layihədən kənar dəyişiklik yolverilməzdir

Dediyinə görə, elektrik şəbəkəsinə, qaz, su təsərrüfatına və ya binanın konstruksiyasına kənar müdaxilə etmək, layihədən kənar dəyişikliklər aparmaq yolverilməzdir. Bu kimi işlər yalnız müvafiq qurumların icazəsi əsasında həyata keçirilməlidir:

"Fəaliyyət göstərən obyektlər həm öz işçilərinin təhlükəsizliyi, həm binada və ətrafda yaşayan sakinlərin təhlükəsizliyi baxımından tələblərə əməl etməlidirlər. Buraya yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik, əməyin mühafizəsi və sanitar-gigiyena normalarına riayət də daxildir".

Müsahibimiz bildirib ki, siqnalizasiya sistemi, yanğın dolabları, ehtiyat su çəni - binalarda yanğın təhlükəsizliyi ilə bağlı bütün avadanlıqlar hər zaman saz vəziyyətdə olmalı, ixtisaslaşmış müəssisə tərəfindən texniki xidmət mütəmadi təmin edilməlidir ki, hər hansı yanğın təhlükəsi zamanı qarşısını almaq mümkün olsun.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR