• Bakı 17° C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Kaxa Kaladze: Aİ və ABŞ Gürcüstanın maraqlarını qorumayacaq

DÜNYA

24 Noyabr 2025 | 15:22 | Müəllif: Gülşən Şərif

Kaxa Kaladze: Aİ və ABŞ Gürcüstanın maraqlarını qorumayacaq

Qərb dövlətləri Gürcüstan hakimiyyətini Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Bakıvaxtı.az "İnterpress.ge"yə istinadən xəbər verir ki, bunu hakim "Gürcü arzusu – Demokratik Gürcüstan" partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.

O, jurnalistlərə açıqlamasında "Heç kim düşünməsin ki, Avropadan və ya Amerikadan kimsə bizim maraqlarımızı qorumaq üçün bizə gələcək. Hər kəsin öz maraqları var, hər kəs öz ölkəsini düşünür və təbii ki, biz gürcülər ölkəmizi, xalqımızı, gələcəyimizi düşünməliyik" sözlərini işlədib.

Mer bildirib ki, Qərb dövlətləri Gürcüstan hakimiyyətini Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb, Avropa Parlamenti buna cavab olaraq çoxsaylı qətnamələr qəbul edib. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026