• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

QMİ sədri Səudiyyə Ərəbistanına gedəcək

CƏMİYYƏT

24 Noyabr 2025 | 12:02

QMİ sədri Səudiyyə Ərəbistanına gedəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İslam Aləmi Liqasının Elektron Platformasının təqdimat və müzakirəsində iştirak edəcək.

Bu barədə Bakıvaxtı.az-a QMİ-dən məlumat verilib.

Qeyd olunub ki, QMİ sədri sabah Səudiyyə Ərəbistanına səfər edəcək.

Məlumata görə, İslam Aləmi Liqası dünyadakı missiyasına sadiq qalaraq, rəqəmsal dövrün gətirdiyi yeniliklər, çətinliklər və imkanlarla uyğunlaşaraq öz qlobal platformasını istifadəyə verməyi və bu platforma vasitəsilə uzun müddətdir həllini gözləyən rəqəmsal problemlərin aradan qaldırılmasına töhfə verməyi hədəfləyir.

Mərasimdə İslam dünyasının müftiləri, böyük alimləri, fiqh və şəriət elmi qurumlarının nümayəndələri iştirak edəcəklər.


SON XƏBƏRLƏR

23 Noyabr 2025