• Bakı 14° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan

DÜNYA

24 Noyabr 2025 | 15:51

Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan

Türkiyə hər şeydən əvvəl bölgəmizin və dünyanın parlayan ulduzudur. Çalışırıq ki, ölkəmizi hər sahədə inkişaf etdirək. Ölkənin gücü onun ayaq üstə dura bilməsi ilə ölçülür. Biz öz yolumuzu cızırıq, öz taleyimizi öz əlimizlə qururuq.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Biz ölkəmizin potensialını bilirik və onu inkşaf etdirəcək addımlar atırıq. Yüksək texnologiya, enerji, tədqiqat və inkişaf kimi sahələrdə yerli istehsal gücümüzü artırmaq əsas hədəflərimizdəndir.

Biz öz tanklarımızı, təyyarələrimizi və pilotsuz uçuş aparatlarımızı istehsal edirik. Biz cəmiyyətimizin strukturunun qorunub saxlanmasına, ailəyə qarşı hücumların aradan qaldırılmasına böyük əhəmiyyət veririk.

Miras aldığımız Türkiyə ilə bugünkü Türkiyə arasında uçurum olduğu kimi, gələcək nəsillərə ötürəcəyimiz Türkiyə də bu gündən çox irəlidə olacaq”, - deyə Ərdoğan əlavə edib.


SON XƏBƏRLƏR