Birləşmiş Ştatlar gələcək geosiyasi mübahisələrdə üstünlük əldə etmək üçün Arktikanın bir hissəsini ələ keçirmək niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev deyib.
"Gəlin ABŞ-nin hazırkı prezident administrasiyasının fəaliyyətinin necə başladığını xatırlayaq: onun baxışı dərhal şimala, Qrenlandiyaya, Kanadaya yönəldi. Amerika gələcək geosiyasi mübahisələrdə üstünlük əldə etmək üçün Arktikanın bir hissəsini ələ keçirmək niyyətindədir", - Kosaçev bildirib.
Onun fikrincə, Arktikanın geosiyasi əhəmiyyəti ilk növbədə onun ehtiyatları ilə bağlıdır: bütün neft ehtiyatlarının 13%-ə qədəri və qaz ehtiyatlarının 30%-ə qədəri orada cəmləşib.
Bakı 



