• Bakı 14° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

Putinlə Ərdoğan arasında telefon danışığı olub

DÜNYA

24 Noyabr 2025 | 16:28

Putinlə Ərdoğan arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

"Rusiya prezidenti və Türkiyə lideri Ukrayna ətrafındakı vəziyyət, o cümlədən Amerikanın nizamlanma təklifləri kontekstində fikir mübadiləsi aparıblar. Putin Ərdoğanla söhbətində Rusiyanın Ukrayna böhranının siyasi və diplomatik yolla həllində maraqlı olduğunu bir daha təsdiqləyib. Rusiya Prezidenti Türkiyə prezidenti ilə söhbətində ABŞ-nin Ukrayna ilə bağlı hazırkı təkliflərinin nizamlanmanın əsasını təşkil edə biləcəyini vurğulayıb", - məlumatda qeyd edilib.


SON XƏBƏRLƏR